663fc1c5aa8bd202405240645

Onsuz harasa gedə bilmərəm” – Gülaya nə oldu?

Övladım hardadısa, gəzintim odur. Onsuz harasa getmək mənlik deyil. Ancaq işlə bağlı gedirəm. Heç bir istirahətimi onsuz təsəvvür etmirəm”.


Medianews.az axşam.az-a istinadən bildirir ki, bu sözləri müğənni Gülay Zeynallı “Günaylı gün” verilişində deyib. Sənətçi qızı Sahilə ilə getdiyi Bali istirahətindən danışıb.


Ətraflı

“Dost qədri bilənəm, amma qədrimi bilməyəni silirəm. Dünya iki günlükdür, yaxşı və mərd yaşamaq lazımdır. Hər şey zamanından tez yaşandı, yaşımdan çox anlayıram” deyə, Gülay əlavə edib.


İfaçı bildirib ki, məşhurlaşandan sonra insanlar onun adını övladlarına qoyub:


“Sənətə təzə gələndə kimsə adımı soruşurdu. Deyirdim, amma anlamırdılar, çoxu Günay deyirdi. İndi isə hər yerdə Gülay adı məşhur olub. Hətta çoxu deyir ki, sizdən sonra qızıma Gülay adını qoymuşam”.