61f2412e82da0_236925_rn72kiiqqi

Onları şou-biznesin zövqsüz xanımları adlandırdı

Stilist Elnur Həsənov şou-biznesdəki geyiminə görə tənqid edilən sənət adamlarının adlarını açıqlayıb.

Kanal.az xəbər verir ki, o, bu haqda "Deməsəm olmaz" verilişində danışıb. Elnur proqramdakı tərəf müqabili, jurnalist Zəhra Əhmədovanın "Şou-biznesin 5 ən zövqsüz xanım ifaçısının adını açıqla" sualına belə cavab verib:

"Birinci sırada Elnarə Xəlilovadır. İkinci Manana. Hazırda zövqünü bəyənmirəm. Gözəl xanımdır, amma geyimini sevmirəm. Ayrı ayrılqıda paltarlar qəşəngdir, məsələn, gödəkcəsi, ayaqqabısı, tulumu yaxşıdır. Amma onları birlikdə uyğunlaşdıra bilmir.

Üçüncü Elnarə Abdullayevadır. Ola bilsin eşitsə, deyəcək, geyimlə gündəmə gəlmirəm. Dördüncü isə Damladır".

Elnur beşinci adı daha sonra açıqlayacağını bildirib. / Axsam.az