66562212f1e9e202405242730

Ölən atası ilə danışmaq üçün falçıya gedən bələdiyyə sədrinə ŞOK: Dövlət vəsaitini görün necə MƏNİMSƏYİB

Fransanın cənubunda, Aralıq dənizi sahilində yerləşən Ağde şəhəri ağlasığmaz skandal ilə silkələnir.


Sonxeber.az xarici mənbəyə istinadən xəbər verir ki, bu hadisə şəhərdə kifayət qədər məşhur olan falçı Sofia Martinez və keçmiş məxfi xidmət zabiti ,polis məmuru və bələdiyyə sədri Gilles d'Ettore ətrafında cərəyan edir. Hazırda hər iki şəxs istintaq çərçivəsində həbsdədir.


Falçı bələdiyyə sədrini aldatmaqda, bələdiyyə sədri isə dövlət resurslarını israf etməkdə korrupsiyada ittiham olunur. Məşhur bir falçı olan Sofia Martinez ölülərlə danışa bildiyini iddia edərə şöhrət qazanıb. Bələdiyyə sədri falçıdan onu atası ilə görüşdüürməsini istəyib. Martinezin ruh çağırma seanslarında qəfil səsi dəyişməyə başlayıb və bələdiyyə sədrinin ölən atasının tonuna çevrilib. İddialara görə, falçı son dörd ildə qeyri-adi ventriloqizm bacarığı ilə sədri seanslarla və telefonla manipulyasiya edib.


Ventriloqizm eyni səhnədə kukla ilə sənətçi arasında qarşılıqlı dialoqun teatr təqdimatına əsaslandığı bir sənətdir. Şəxs burada ağzını tərpətmədən qarnından danışaraq kuklanı canlandırır. Bələdiyyə sədrinə ölülərin, o cümlədən mələklərin "səslərindən" minlərlə sirli telefon zəngləri gəlir, onlardan bəziləri bələdiyyə başçısını falçıya kömək etməyə çağırır. Korrupsiya ilə bağlı xəbərlər də məhz buradan yayılmağa başlayır.


İddiaya görə, bələdiyyə sədri Martinez və ailəsinin tətili üçün Polineziya və Taylandda dövlət vəsaiti hesabına pul ödəyib. Bildirilib ki, "səslər" dövlət məmurunu falçı ailəsindən bir neçə nəfəri bələdiyyəyə işə götürməyə, evini təmir etdirməyə də razı salıb. Sözügedən şəxs ilə əlaqəsi olan yerli müəssisələr bələdiyyə sədri ilə gələcək müqavilələrini itirmək qorxusundan tapşırılan işi pulsuz yerinə yetiriblər.



Sonxeber.az