669f3191adb1d202407242905

Ölən 55 yaşlı kişi DİRİLDİ - Dedikləri dəhşətə gətirdi + FOTOLAR

İngiltərədə Kevin Hill adlı şəxsin öldüyü deyildi.

Titul.az xəbər verir ki, bir müddət öldüyü hesab edilən şəxs yenidən dirilib. 

O, bir müddət əvvəl sağlamlığındakı narahatlıqlardan dolayı həkimə müraciət edib. 

Nadir hallarda rast gəlinən bir xəstəlik nəticəsində dərisi şişən və qanayan Kevinin xəstəxanada başına gələnlər dünya mediasında gündəm olub.

55 yaşlı Kevinin sağalması üçün əməliyyat olunmasına qərar verildi. Ancaq onun əməliyyat masasında birdən qəfil üəryi dayanıb. Həkimlər dərhal jetlə onun sinəsinə tok veriblər. Dəqiqələr sonra həkimlərin səyi nəticəsində onu həyata qaytarmaq mümkün olub. 

Kalsifilaksi xəstəsi olan Kevinin isə dirildikdən sonra söylədikləri tükürpədib. Kevin iddia etdi ki, ölərkən "Dinc ruhlar dünyası" adlandırılan yerə gedib:

'Vücuduma yuxarıdan baxmırdım, amma bədənimdən yarı idim. Ruhlar aləmində kimiydim, nə baş verdiyinin fərqində idim, amma huzurlu idim. Həkimlərin mənə müdaxilə etdiyini görürdüm".