Müğənni Rəqsanə İsmayılova azadlığa çıxdıqdan sonra ilk dəfə efirə çıxıb.
Kanal.az xəbər verir ki, o “Tarixin bir günü” verilişində qonaq olub.
Müğənni verilişdə məşhur teleaparıcı Zaur Baxşəliyevdən incikliyini dilə gətirib. Rəqsanə Zaurun onunla çox yaxın olmadığını bildirən ifadələr səsləndirməsindən incidiyini bildirib:
“Məni istəyən də, istəməyən də hər kəsə yenə də təşəkkür edirəm. Bir aparıcı dostumuzdan çox incidim. Mən onu çox istəyirdim, indi də xətrini çox istəyirəm və çox yaxında olmuşuq biz onunla. Biz onunla yaxın deyilik sözünü anlamadım, o nə deməkdir? Istəmirəm ki, desinlər qalmaqal etmək istəyir, qalmaqal etmək niyyətində deyiləm. Bu bizim dostumuz Zaur Baxşəliyevdir ATV-də çalışan. Onun o, sözü məni çox incitdi”.
Ətrafı videomaterialda: