6322e097d0a63202209222143

Nobel Sülh mükafatı Ərdoğana verilməlidir - Korotçenko

“Nobel Sülh mükafatı Rəcəb Tayyib Ərdoğana verilməlidir”.

Kanal.az xəbər verir ki, rusiyalı hərbi ekspert İqor Korotçenko belə deyib. Metbuat.az xəbər verir ki, o, Moskvada təşkil edilən “Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının islahatı: Beynəlxalq nizamın formalaşdırılmasına yeni yanaşma” adlı tədbirdəki çıxışı zamanı bildirib ki, Ərdoğan keçmişdəki hadisələri nəzərdən keçirərək gələcəyi doğru analiz edir və önəmli təşəbbüslər edir.

“Cənab Ərdoğan müasir dünyada gələcəyə dair məqsədləri doğru bilən çox az sayda liderlərdəndir. Dünya, beynəlxalq qurumların öhdəsindən gələ bilmədiyi xaosa doğru irəliləyir. Ərdoğanın BMT-dəki islahatların aparılması ilə bağlı çağırışı önəmlidir. 2022-ci ildə Prezident Ərdoğan çox vacib səylər göstərdi. Bu, çox saylı rus mütəxəssisin fikridir ki, belə siyasət qəti şəkildə Nobel Sülh mükafatına layiqdir”.