Niyə şəkər sizi susadır?
Çox vaxt şəkərli qidalar qəbul etdikdən sonra su içmək ehtiyacı hiss edirik. Bəs, ləzzətli desertdən sonra su içməyə intensiv ehtiyacın səbəbi nədir?
Şəkərli qida qəbul etdikdə şəkər əvvəlcə mədəmizə çatır, daha sonra nazik bağırsaqda sorulur və qlükoza kimi qana daxil olur. Qan dövranına sürətlə daxil olan şəkər bədənimizdə balanssızlığa səbəb olur. Balansı bərpa etmək üçün hüceyrələr tərkibindəki suyu buraxaraq suyun qanla qarışmasına şərait yaradırlar. Su itirən hüceyrələr sinirlər vasitəsilə beynə suya ehtiyacları barədə siqnallar göndərirlər. Hüceyrələr və beyin arasında çox qısa müddətdə meydana gələn bu ünsiyyət, şəkərli qidalar qəbul etdikdən təxminən beş-on dəqiqə sonra susuzluğumuza səbəb olur.
Şəkər qəbul etdikdən sonra yaranan su içmək istəyi əslində beynin bir növ müdafiə mexanizmidir. Tədqiqatçılar bunun şəkər qəbul etdikdən sonra bədənin su ehtiyacını ödəməsi üçün beyni stimullaşdıran bir hormon olduğunu bildirirlər. Bu hormonun funksiyasını hüceyrələrdə baş verə biləcək susuzlaşdırmanın qarşısını almaq, yəni bədənin həddindən artıq maye itirməsinin qarşısını almaq kimi təyin edilə bilər. Qaraciyər tərəfindən ifraz olunan və fibroblast böyümə faktoru (FGF21) olaraq bilinən bu hormon şəkər istehlakından sonra qanla qarışaraq beynin hipotalamus bölgəsinə çatır və bədəni susuzlaşdıraraq susuzluğun qarşısını almağa kömək edir.
Şəkərli qidalarla yanaşı, su içmək ehtiyacı duzlu və ədviyyatlı qidalar qəbul etdikdən sonra və ya sıx idman etdikdən sonra yarana bilər. Bu vəziyyət şəkər istehlakı kimi susuzluğun qarşısını almaq üçün meydana gəlir. Eyni zamanda uzun müddətli aclıq da susuzluğa səbəb ola bilər.
Bədənimizdəki şəkər tarazlığını qorumaq üçün kifayət qədər su içməyi unutmamalı və lazım olduğundan çox şəkərli qidalar qəbul etməməliyik.
- Sağlamlıq
- 10 İyun 2024