663fc292a289a202405241010

Nigar Şabanova kimdir? – Buna görə iki dəfə ailəsi dağılıbmış…

Bu gün xoşbəxtəm, amma nə qədər xoşbəxt olsam belə, ikinci dəfə ki, o adı, damğanı özümə bağışlmayacağam. İnsanlar sosial şəbəkədə haqqımda xoşagəlməz fikirlər yazırlar ki, nə oldu, ikinci dəfə də evliliyi alınmadı və s…

Ümumiyyətlə, həyatımda baş verən o hadisələrlə bağlı heç bir şey danışmaq istəmirəm. Sadəcə bir kəlmə deyəcəyəm, həyatımda elə şeylər yaşadım ki, özümdən utanıram dilə gətirib nələrsə danışmağa. İkinci dəfə həyatımın dağılmağının günahkarı mən deyiləm. Çünki mən bir il zülmə dözmüşəm. Hər şeydə də qadını günahlandırmaq olmaz. Əgər qarşı tərəf o peşənin sahibidirsə, deməli, o ideal insandır. O yalnız peşəsinin idealı ola bilər” – deyə o bildirib.

– Nigar Şabanova nəyə pul xərcləyir?

Nigar Şabanova bahalı avtomobillərə və zərgərlik məmulatlarına pul xərclədiyini bildirib.

– Nigar Şabanova toylara gedir?

Bu suala o belə cavab verib: “Əlbəttə gedirəm. Bəzən deyirlər fəxri ad aldınsa toya getməməlisən. Azərbaycanda bu sənətin gəliri başqa yerdən yoxdur”.

– Nigar Şabanovanın övladı var?

O, qardaşının qızı Nəfəsi övladlığa götürüb. “Ana olandan sonra çox dəyişdim. Qadını nə sevgi, nə ər dəyişər, amma analıq hissi dəyişər” deyib.

– Nigar Şabanova plastik əməliyyat etdirib?

Nigar Şabanova dəfələrlə plastik əməliyyat etdirib və bunu gizli saxlamır. O bədənşəkilləndirmə, dodaq, burun, yanaq, çənə əməliyyatları etdirib. Elə buna görə məqaləmizin əvəlində onu özünü başdan yaradan qadın adlandırdıq.

– Nigar Şabanova niyə xanəndəliyi seçib?
Nigar Şabanova əslində xanəndə yox, estrada müğənnisi olmaq istəyib.
“Anam müğənni olmağıma qətiyyən razı deyildi. Məktəb tədbirlərində oxuduğumu eşidib məni cəzalandırmışdı. Mən babama şikayət etdim ki, anam mənim oxumağıma icazə vermir. O da söylədi ki, bir şərtlə sənə icazə verərik ki, əgər sən Səkinə İsmayılova kimi qolu uzun geyinəcəksən, ədəb və ərkanla, əlində qavalla xanəndə olacaqsan. Uşaq vaxtı heç muğamı dərk etmirdim. Rus mahnılarına meyl edirdim. Heç muğam oxumağı istəmirdim. Amma yaxşı ki, muğam oxumuşam və böyüklərin sözünü dinləmişəm. Sonradan valideynlərim məni Xalq artisti Siyavuş Kərimlinin yanına gətirdilər.
Bir müddətdən sonra Bülbül adına orta ixtisas məktəbinə getdim. Orada dəyərli ustadım Qəzənfər Abbasov oldu” ,- deyə o qeyd edib.
– Nigar Şabanova müəllimi Mələkxanım Eyyubova ilə küsülüdür?
Nigar Şabanova Mələkxanım Eyyubova ilə barışsa da münasibətləri yoxdur.
İllər əvvəl qalmaqal yaşadığı Xalq artisti Mələkxanım Eyyubovadan söz açan sənətçi bildirib ki, barışsalar da lakin aralarındakı buzlar hələ də əriməyib.
Nigar bir dəfə bildirib ki, Mələkxanım müəllimi olsa da, ona heç nə öyrətməyib. Bunu eşidən Eyyubova “Nigar kimdir ki, hər dəqiqə onu gündəmə gətirim. Nigar qələt edir, başını da daşa döyür. Onun tərbiyəsi və mədəniyyəti olsaydı, müəllimi barədə elə sözlər deməzdi” deməklə tərəflər arasında qalmaqal yaşanmışdı.
– Nigar Şabanova toylara neçəyə gedir?
Nigar Şabanova həm Bakıda, həm bölgələrdə toy şənliklərinə qatılır. Tək oxumaq üçün 5 min manat qonorar tələb edir.

Lent.az