Tanınmış aparıcı Nigar Fərhad “Instagram” hekayəsində qəribə tələblərlə dolu assistent vakansiyasını paylaşaraq diqqət çəkib.
Elana görə, yalnız 21-35 yaş arası, subay, övladı və sevgilisi olmayan xanımlar müraciət edə bilər.Əlavə şərtlər arasında “24 saat yanında olmaq”, “mamam qoymur, sevgilim icazə vermir” kimi bəhanələr gətirməmək də var. Qeyd edilib ki, makiyaj, kombin zövqü və sürücülük vəsiqəsi üstünlük sayılır.Vakansiyada 1500-3000 manat maaş veriləcəyi qeyd edilib.
Aparacı vurğulayıb ki, iyulda Avropaya səfər planı var. Sosial şəbəkə istifadəçiləri isə yazıblar ki, assistent yox, həyat yoldaşı axtarılır sanki...Xatırladaq ki, bir müddət öncə Nigar Fərhadın efirdə işlətdiyi “Mənim oğlum olsa, ona atası olmayan qızı ala bilmərəm” açıqlaması cəmiyyətdə ciddi rezonans doğurmuşdu. / Bakuplus.az