Neftin qiyməti ilə bağlı ŞOK PROQNOZ - Qısa vaxtda...
İqtisadiyyat
15.11.2021 23:19
1173

Neftin qiyməti ilə bağlı ŞOK PROQNOZ - Qısa vaxtda...

“Enerji şirkətlərinin adekvat sərmayə qoymaması səbəbindən neftin qiyməti qısa müddətə də olsa, bir barel üçün 100 dollar səviyyəsinə qalxa bilər”.

Kanal.az xəbər verir ki, bunu İtaliyanın ən böyük neft və qaz şirkəti “Eni SpA”in baş direktoru Klaudio Deskalzi açıqlayıb.

O hesab edir ki, qiymətlərin bu səviyyədə qalması uzunmüddətli olmayacaq: “Qiymətlər bu qədər yüksək olduqda, bu, istehlakçıların enerji istifadəsini azaltmağına səbəb olacaq. Zəif təchizat səbəbindən qiymətlər struktur olaraq güclüdür. Yeddi il və ya daha çox müddət ərzində sənaye kifayət qədər investisiya qoymadı. 2013-cü ildə gördüyümüz işlərin təxminən 50 faizi qədər sərmayə qoyuruq”.

Klaudio Deskalzi əlavə edib ki, qlobal neft istehlakı gündəlik 100 milyon barelə yaxınlaşır və ya rekord həddə çatır: “Tələb və təklif arasında fərq var. Neft şirkətlərinin yenidən investisiya etməyə başlaması zaman alacaq”.


Paylaş:
Loading...
Loading...