1Xbet
1Xbet
“Neftçi” klubu hücumçu ilə müqavilə bağlayıb
İdman
08.06.2021 18:02
912

“Neftçi” klubu hücumçu ilə müqavilə bağlayıb

Loading...

“Neftçi” klubu daha bir futbolçu ilə müqavilənin müddətini uzadıb.

Kanal.az xəbər verir ki, Bakı yetirməsi olan Mirabdulla Abbasovla sözləşməni yeniləyib.

Yeni müqaviləyə əsasən, 26 yaşlı hücumçu daha iki il ağ-qara formanı geyinəcək. Onun anlaşması 2023-cü il mayın 31-dək nəzərdə tutulub.

Abbasov “Neftçi”də keçirdiyi yeddi mövsüm ərzində 95 oyunda meydana çıxıb. O, 20 qola imza atıb.

Qeyd edək ki, “Neftçi” bundan əvvəl Ömər Buludov, Fəhmin Muradbəyli və Mamadu Mbocla yeni müqavilə bağlayıb. Albaniyalı yarımmüdafiəçi Bruno Teluşi və bolqarıstanlı hücumçu Ahmed Ahmedovla yollar ayrılıb.

Neftçi klubu
mirabdulla abbasov
Loading...
close
close