"Nə abır var, nə həya, anası həbsdə bu isə..." - Aysuna qarşı sərt tənqid - VİDEO

  • Gündəm
  • 05 Noyabr 2025
690bac98aab59202511255920

Həbsdə olan müğənni Rəqsanə İsmayılovanın qızı Aysunun efirdə rəqs etməsi qınaqla qarşılanıb.

Kanal.az pravda.az-a istinadla xəbər verir ki, Aysun “Rəngarəng” verilişində oriental rəqs edib, hətta üst geyimini belə çıxarıb.

Anasını həbsdə ola-ola efirdə bu cür hərəkətlər etdiyi üçün "söyülən"  müğənninin ünvanına bu şərhlər yazılıb: “Ana getdi, indi bala zəhləmizi tökəcək”, “Anası gün sayır, buna bax”, “Anası həbsdə, bu isə rəqs edir, nə abır var, nə həya”.

Oxşar xəbərlər