Nazirlikdən buzlu yollarla bağlı MÜRACİƏT
Gündəm, Cəmiyyət
25.02.2021 12:06
427

Nazirlikdən buzlu yollarla bağlı MÜRACİƏT

Loading...

Fövqəladə Hallar Nazirliyi də vətəndaşları piyada və sükan arxasında olarkən ehtiyatlı olmağa, hava şəraiti ilə əlaqədar olaraq təhlükəsiz davranış qaydalarına əməl etməyə çağırıb.

sonxeber.az xəbər verir ki, nazirlik yolların buz bağlaması ilə bağlı bir sıra tövsiyələr verib.

Yolların buz bağlaması zamanı necə hərəkət etməli:

- hava proqnozunda yolların buz bağlayacağı haqqında məlumatı izləyin;

- ayaqqabını sürüşməyə qarşı hazırlayın – ayaqqabının dabanına metal basma, quru altlığa isə yapışqan plastır, yaxud izolyasiya lenti yapışdırın. Altlığı qum və ya sumbata kağızı ilə sürtün;

- ehtiyatla, tələsmədən, ayaqqabını yerə bütövlükdə basaraq hərəkət edin. Bu zaman ayaqlar azca zəiflədilmiş, əllər boş olmalıdır;

- yaşlı insanların rezin ucluqlu əsadan, yaxud ucları batıcı olan xüsusi çubuqdan istifadə etməsi tövsiyə olunur;

- sürüşsəniz zərbənin gücünü azaltmaq ücün oturun;

- yıxılanda özünüzü toparlayın, qollarınızı büküb diyirlənərək zədə almaqdan qorunun;

- sürüşərək zədə almısınızsa, təcili tibbi yardıma müraciət edin.

Nazirlik müraciət etdi
fhn nazirliyi
Yollar haqqında
Hava haqqında
Loading...
close
close