1Xbet
1Xbet
Nazirlik əməkdaşları beş nəfəri xilas etdi
Ölkə
26.03.2021 13:49
411

Nazirlik əməkdaşları beş nəfəri xilas etdi

Loading...

Fövqəladə Hallar Nazirliyi (FHN) ötən sutka ərzində həyata keçirdiyi yanğın, qəza-xilasetmə əməliyyatlarının statistikasını açıqlayıb.

FHN-dən verilən məlumata görə, Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olan zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 20 yanğına çıxış, bir nəqliyyat qəzası və üç digər halda köməksiz vəziyyətdə qalma faktları üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. 

Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib. Ümumilikdə, ötən sutka ərzində beş nəfər xilas edilib.

Loading...
close
close