Nazirdən sosial yardımlarla bağlı mühüm AÇIQLAMA
Metbuat.az xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev parlamentin Əmək və sosial siyasət komitəsinin mayın 22-də keçirilən iclasında çıxışı zamanı deyib.Onun sözlərinə görə, əvvəlki illərdə cəmi min ailə özünüməşğulluq proqramına cəlb edilirdisə, indi isə bu, ildə 16 mindir: “Amma yenə də istək və arzu çoxdur, say artacaq. Peşə hazırlığına cəlb olunanların sayı da üç min idisə, bu il 18 mindir. Bu istiqamətlərdə mütəmadi say artımı olsa da, həmişə istəklər çox olacaq, bunu da birmənalı qəbul edirik. Amma əsas məsələ bunun dayanıqlı olmasıdır”.
- İqtisadiyyat
- 23 May 2024