1Xbet
1Xbet
Nazir ənənəvi təhsilə keçidin tarixini AÇIQLADI
Ölkə, Maraqlı
04.04.2021 03:46
3313

Nazir ənənəvi təhsilə keçidin tarixini AÇIQLADI

Loading...

Ən qısa müddət ərzində ölkə üzrə ənənəvi təhsilin yenidən bərpa olunmasına nail olmaq istəyirik.

Kanal.az ın oxu.az-a istinadən məlumatına görə, bunu Təhsil naziri Emin Əmrullayev deyib.

O bildirib ki, qısamüddətli dövr üçün təhsilin distant formaya keçirilməsi sağlamlığımız və təhsilin keyfiyyəti üçün ən düzgün qərar idi:

“Yaxın zamanda biz də ənənəvi təhsil sisteminə keçməyin tərəfdarıyıq, lakin sonda prioritet olan məsələ yenə də insanların sağlamlığıdır. Ortamüddətli perspektiv üçün isə biz tamamilə ənənəvi qaydada təhsil prosesinə qayıtmağı hədəfləyirik. Bu isə növbəti təhsil ilinin başlaması ilə artıq mümkün ola bilər”.

Nazir qeyd edib ki, 2021-2022-ci tədris ilində tamamilə ənənəvi təhsilə keçid etməyi ümid edirik və cəmiyyət bu məsələdə yalnız vaksinasiyadan keçməklə təhsildə normallaşmaya dəstək ola bilər

ənənəvi təhsil
tehsil haqqında
emin emrullayev
Loading...
close
close