Nursultan Nazarbayev

Nazarbayev bu ölkəyə qaçıb - İDDİA

Çərşənbə günü, yanvarın 5-də Qazaxıstanın paytaxtından havaya qalxan “Embraer Legacy 650” (bort nömrəsi E32L) təyyarəsi Dubayda Əl Maktum Beynəlxalq Hava Limanında eniş edib. Uçuş məlumatları gizlədilib. “The Insider” yazır ki, təyyarə Qazaxıstan Milli Qvardiyasına aid ola bilər, çünki qurum bu modeli 2020-ci ilin yanvarında alıb.

Bundan əvvəl internetdə Qazaxıstanın eks-prezidenti Nursultan Nazarbayevin ailəsinin qeydiyyatdan keçməmiş əmlakının Dubayda yerləşdiyinə dair araşdırma dərc edilib.

Qeyd olunur ki, Nazarbayevin nəvəsi Nurəli Əliyev və Nazarbayevin kürəkəni Timur Kulibayevin  Dubayda iqamətgahları var.

Xatırladaq ki, bir müddət əvvəl “Exo Moskvı” Qazaxıstanın eks-prezidenti Nursultan Nazarbayevin ölkəni tərk etməyə hazırlaşdığını bildirmişdi.