66d2fbbf06f6a202408241719

Naxçıvana quru yolu ilə getmək istəyənlərə MÜHÜM XƏBƏR - AÇIQLANDI

Ermənistan Azərbaycanla avtomobil yollarını açmağa hazırdır.

News24.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan mətbuat konfransı zamanı bildirib.

“Ermənistan günü sabah Azərbaycanla avtomobil nəqliyyatı əlaqələrini açmağa hazırdır”, - o deyib.

Baş nazirin sözlərinə görə, rəsmi İrəvan həmçinin Azərbaycanın qərb rayonları ilə Naxçıvan arasında nəqliyyat əlaqəsinin yaradılmasını təmin etməyə hazırdır.