NASA uçan taksi sınaqlarına başladı
Dünya
03.09.2021 09:42
200

NASA uçan taksi sınaqlarına başladı

“Joby Aviation” adlı şirkətlə əməkdaşlıq edən NASA “eVTOL” adlı uçan taksinin sınaqlarına başlayıb.

Kanal.az xəbər verir ki, bu barədə şirkətin saytında məlumat yayılıb.

Elektrik mühərrikli şaquli qalxma və enmə qabiliyyərinə malik uçan vasitənin sınaqları sentybarın 10-dək davam edəcək.

241 kilometr mənzilə malik uçan taksinin maksimum sürəti saatda 321 kilometrdir.

Qeyd olunur ki, NASA ABŞ Federal Aviasiya Administrasiyasına elektrikli hava taksiləri üçün qaydalar hazırlamağı tövsiyə edəcək.


Paylaş:
Loading...
Loading...