64a220621c934202307231202

Nabranda istirahət mərkəzində qadın faciəvi şəkildə öldü

Nabranda yerləşən “Dənizçi” istirahət mərkəzində qadını elektrik cərəyanı vurub.

Metbuat.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə istirahət mərkəzinin hamam otağında qeydə alınıb.

60 yaşlı Xanım Tağıyeva cərəyanın təsirindən hadisə yerində ölüb.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.