Xalq artisti Murad Dadaşovun evində xeyir iş olacaq.
Kanal.az xəbər verir ki, axşam.az-ın əldə etdiyi məlumata görə, Xəzər Media Mərkəzinin Baş direktoru oğlu Kamala toy edəcək.
Məclis dekabrda şəhər restoranlarından birində keçiriləcək. Toya tanınmış simalar, mədəniyyət nümayəndələri dəvət olunub.
Qeyd edək ki, Aytən adlı xanımla ailəli olan M.Dadaşovun Kamal, Ziya və Əli adlı 3 oğlu var.