“Xəzər” Media Mərkəzinin (Xəzər TV) baş direktoru, Xalq artisti Murad Dadaşovun ailəsində xeyir iş olacaq.
Kanal.az bakupost.az-a istinadən xəbər verir ki, sabah sənətçinin oğlu Kamalın toyu baş tutacaq.
Mərasim “Buta Palace” şadlıq sarayında keçiriləcək.
Qeyd edək ki, toy bir müddət əvvəl baş tutmalı idi, lakin Murad Dadaşovun yaxın dostu Cabir İmanovun qəfil vəfatı səbəbindən təxirə salınmışdı.
