Dünyada bu ehtiyatın 90%-i Türkiyədədir - Maskın planı nədir?

  • Dünya
  • 01 Yanvar 2022
mask erdogan
  • Oxunub: 7407

SpeysX şirkətinin rəhbəri İlon Mask "Türkiyədə bir ilk olacaq sövdələşmə əldə edəcəyik" deyir və bunu söz olsun deyə söyləmir. Aydındır ki, Maskın Türkiyənin bor mədəninə marağı var.

Kanal.az xəbər verir ki, bunu türkiyəli yazar Haluk Özdil deyib.

"Qoy, bor mədənini sevsin. Türkiyə bu işdən qazanc əldə edirsə, qəbul edin. Artıq Maskın avtomobillərinin litium batareyalarına ehtiyacı var. Litium dünyada ilk dəfə bor mədənindən əldə edilib. Bu, Kayseridə olub. Hökumət bunu reklam etməlidir. Bu, böyük hadisədir. Litium batareyaları böyük ehtimalla Türkiyədə istehsal olunacaq və bizə böyük gəlirlər əldə etməyə imkan verəcək. Düşünürəm ki, İlon Mask burada istehsal müəssisəsi yaradacaq. Türkiyədə gəzdiyimiz hər yerin altında bir bor mədəni var. Dünyadakı borun 90 faizi Türkiyədədir. Bu zənginliyin içərisində çətinlik çəkməyimiz axmaqlıqdır. İlon Musk bir çox amerikalını qarşısına alıb, türk peykini kosmosa göndərdi. Bunu qarşılıqlı əlaqələr üçün etdi. O, həmləsini iyun ayına kimi edə bilər", - Özdil qeyd edib. //axar.az

Loading...
Oxşar xəbərlər