1Xbet
1Xbet
Mövhumata inanan kişi təyyarə reysinin təxirə düşməsinə səbəb oldu - FOTO
Hadisə
29.04.2021 05:04
400

Mövhumata inanan kişi təyyarə reysinin təxirə düşməsinə səbəb oldu - FOTO

Loading...

Çində mövhumata inanan kişi göyərtəsində 148 sərnişin olan təyyarənin uçuşunun son anda təxirə düşməsinə səbəb olub.

Bu barədə “Uniland” xəbər yayıb.

Bildirilir ki, Veyfandan Haykoya getmək istəyən kişi təyyarənin turbininə qırmızı kağıza bükülmüş sikkələr atıb. Uçuşdan əvvəlki  yoxlamalar zamanı yerdə həmin qəpiklər tapılıb. Bundan sonra təhlükəsizlik naminə reys növbəti günə kimi təxirə salınıb.

Sərnişinlərin hamısının ifadəsi alınan zaman o, əməlini etiraf edib. Polis onu saxlayıb. Çinli kişi bildirib ki, pulları səfərin uğurlu keçməsi üçün atıb.

Sərnişinin cərimələnməsi və ya cəzalandırılması ilə bağlı məlumat verilməyib.


Çin
Təyyarə reysi
Təxirə salındı
Loading...
close
close