Moskvanın Praqaya cavabı gecikmədi
Dünya
18.04.2021 06:16
787

Moskvanın Praqaya cavabı gecikmədi

Loading...

Praqa 18 rusiyalı diplomatın Çexiyadan çıxarılmasının nəticəsində onu nə gözlədiyini bilir.

“Qafqazinfo” TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.

“Bu kimi “fokuslardan” sonra nə baş verəcəyi Praqaya yaxşı məlumdur”, - o deyib.

Daha əvvəl Çexiya Baş nazirinin birinci müavini və daxili işlər naziri, həmçinin xarici işlər nazirinin vəzifələrini müvəqqəti icra edən Yan Qamaçek Çexiyanın Rusiya səfirliyinin 18 əməkdaşını ölkədən göndərəcəyini bildirib.

Loading...
close
close