“Mini yubkalı savadsızlar efiri zəbt edib!” - Vəziroğlundan sərt sözlər - FOTO

  • Cəmiyyət
  • 15 İyul 2025
687607d9d857f202507254841

Son zamanlar televiziya efirlərində aparıcıların geyim tərzi cəmiyyətin narazılığına səbəb olur. Xüsusilə bəzi proqramlarda efirə açıq-saçıq libaslarla çıxan aparıcılar sosial şəbəkələrdə sərt şəkildə tənqid edilir. Son günlər aparıcı Nanə Ağamalıyeva və Vüsalə Əlizadənin geyimləri sosial şəbəkələrdə tənqid olunmuşdu.

Mövzu ilə bağlı Yenisabah.az-a danışan fəlsəfə doktoru, jurnalist Anar Vəziroğlu bildirib ki, bu cür hallar təkcə aparıcılarla məhdudlaşmır:

“Bu aparıcıların hər ikisi mənim dostlarımdır. Amma nəinki aparıcılar, artıq efirə çıxan bir çox qonaqlar da özlərini açıb buraxıblar. Guya Avropaya, Türkiyəyə baxıb, onları örnək götürürlər. Müğənnilərin əksəriyyəti efirə çılpaq çıxır. Cavan olsalar, dərd yarıdır. İndi yaşlı qadınlar da sinəsi açıq, mini yubkada efirdə görünürlər. Gizlədəcək bir şeyləri qalmayıb”. Dördpendirli pizza

Ekspert qeyd edib ki, bu cür hallar gələcəkdə daha da dərinləşə bilər:

“Qorxuram ki, yaxın gələcəkdə bəziləri efirə tamamilə çılpaq çıxarlar. Səbəb isə aydındır – sözü, fikri, intelektual təsiri olmayanlar diqqət çəkmək üçün bu cür üsullara əl atırlar. Mən belə adamlara baxanda düşünürəm: qoy bu insanları “Həciləri” evində oynatsınlar, efirdə yox. Çünki efir maarifləndirmə vasitəsidir”.

Televiziya nə maarifləndirir, nə tərbiyələndirir...

Anar Vəziroğlu hesab edir ki, televiziyanın əsas vəzifəsi tərbiyə vermək yox, maarifləndirmək olmalıdır:

“İnsan tərbiyəni evdə almalıdır. Heç bir cəmiyyət insanı tərbiyələndirə bilməz. Aygündən tutmuş Röyasına qədər hamı efirə istədiyi kimi çıxır. Tamaşaçı da artıq bunu normal qarşılayır. Təəssüf ki, bizim cəmiyyətdə vicdansız insanların daha çox pulu olur və onların diktəsi ilə efirlər formalaşır”.

“Alimin cibi boş, cahilin cibi doludur”

Anar Vəziroğlu qeyd edir ki, efirdə savad yox, səhnə və geyim əsas şərtə çevrilib:

“Elgizin verilişində 18-19 yaşlı bir qız var – nə savadı var, nə düşüncəsi. Amma mini geyimlərinə görə həm efirlərdədir, həm də toy məclislərində. Bizim cəmiyyətin faciəsi budur: alimlərimizin cibi boşdur, cahillərimizin cibi doludur. O pullu şəxslərin xanımları da ərlərinin nə qədər ‘yerdə’ olduğunu bilir”.

“Tolstoy da səssiz qalıb ölmüşdü...”

O, dahi yazıçı Tolstoyun həyatına da toxunaraq, cəmiyyətin qadın obrazını necə yanlış qəhrəmanlaşdırdığını vurğulayıb:

“Tolstoy “Anna Karenina” kimi bir əsər yazdı, qadını dünyanın zirvəsinə qaldırdı. Amma ömrünün sonunda tək başına çölün düzündə öldü. Qadını ilə ömür boyu iki kəlmə də danışmayıblar. Biz də eyni yolu gedirik – Həcəri, Nəbinin arvadını qəhrəmanlaşdırmışıq. Halbuki Həcər Nəbinin 40-ı çıxmamış başqası ilə evlənmişdi. Bizim dəyərlər sistemi artıq kəllə-mayallaq olub”.

“Bu günkünü tənqid edirik, sabaha daha betəri gəlir”

Anar Vəziroğlu televiziya rəhbərlərinin də məsuliyyətdən yayınmasını tənqid edib:

“Hamımız tənqid edirik, amma heç birimiz televiziyaya gedib səviyyəli layihə təqdim etmirik. Digər tərəfdən, telekanalların əksəriyyəti maliyyə dəstəyi almır, özlərini maliyyələşdirirlər. Bu səbəbdən reytinq onların əsas prioritetinə çevrilir. Əvvəllər bu reytinq reklamla gəlirdi, indi isə TikTok ulduzlarının ayağı ilə”.

“Studiya onların deyil, amma elə danışırlar ki...”

O, bəzi aparıcıların efirdə hegemonluq göstərdiyini və özlərini televiziyanın sahibi kimi təqdim etdiyini də əlavə edib:

“İndiki aparıcılar özlərini birdəfəlik şpris kimi istifadə edirlər. Hamısı da ‘mənim studiyam’ deyib gəzir. Elə bil televiziyanın sahibi onlardır. AzTV-də bu halları görə bilməzsiniz. Çünki dövlət maliyyəsi alır və səviyyəsiz verilişlərə ehtiyacları yoxdur”.

Oxşar xəbərlər