Britaniya televiziyasında yayımlanan “Milyonçu” şousunda maraqlı hadisə baş verib.
“Qafqazinfo” xəbər verir ki, 125 min funt-sterlinq dəyərindəki mərhələyə qədər qalxan iştirakçıya Formula 1 haqqında sual verilib.
Sual belə olub: “Pilota göstərilən mavi bayraq nəyi işarə edir?”
Cavab versiyaları isə aşağıdakı kimi olub:
a) Dərhal boksa qayıtmaq
b) Qarşıda yavaş sürətlə gedən maşın var
c) Sürüşkən trass
d) Daha sürətli maşın sizi keçmək istəyir
Redaktorların düzgün cavabı D variantı olub. Halbuki, bu, Formula 1 qaydalarına görə düzgün deyil. Mavi bayraqlar pilotu bir dövrə keçməyə cəhd olarkən göstərilir.