66391de63512b202405241358

Milyarder Umar Kamani və Nada Adel 20 milyon funt sterlinqlik toy etdilər - FOTO

Hindistanəsilli 36 yaşlı britaniyalı iş adamı, “PrettyLittleThing” pərakəndə satış şirkətinin qurucusu və milyarder Umar Kamani 31 yaşlı model Nadia Adellə evlənib.


Məlumata görə, dəbdəbəli toy Fransanın cənubunda baş tutub və 20 milyon funt sterlinqə başa gəlib.


Toydan foto və videolar sosial şəbəkələrdə yayımlanıb.


Mərasim tədbirləri dörd gün davam edib.


Qonaqlar arasında supermodel Naomi Kempbell, aktrisa Tessa Tompson, komediya ustası Rassel Peters, müğənni Kristina Milian, “Vogue Arabia”nın baş redaktoru Manuel Arno və “Red Sea Film Festival”ın baş direktoru Məhəmməd Ət-Türki də olublar.


Mərasimdə müğənni Meray Kerri və italyan müğənni Andrea Boçelli çıxış ediblər.