629f65a21e962_1439540

Millimizlə oyuna hazırlaşan Slovakiya yığmasının baş məşqçisi qovuldu

Slovakiya millisinin baş məşqçisi Ştefan Tarkoviç Bakıda Azərbaycana qarşı keçirəcəkləri UEFA Millətlər Liqasının qrup mərhələsinin III tur oyunundan əvvəl istefaya göndərilib.

Kanal.az "Tvnoviny" nəşrinə istinadən xəbər verir ki, buna Slovakiya Futbol Assosiasiyasının İcraiyyə Komitəsi çərşənbə axşamı keçirilən növbədənkənar iclasında qərar verib.

O, 20 oktyabr 2020-ci ildən vəzifədədir və keçən ilki qitə çempionatına qədər mübarizə aparıb.

Qeyd edək ki, iyunun 10-da "Dalğa Arena"da oynanılacaq Azərbaycan - Slovakiya matçı saat 20:00-da başlayacaq.