Milli Qəhrəman Natiq Qasımovun anası dünyasını dəyişib.
Yenisabah.az xəbər verir ki, 1942-ci il təvəllüdlü Dursun Qasımova bu gün Gəncədə vəfat edib.
Onun sabah Gəncədə dəfn edilməsi nəzərdə tutulub.
2024-cü ilin iyul ayında Dursun Qasımova Gəncə şəhərində yerləşən MİDA yaşayış kompleksindən ikiotaqlı, tam təmirli mənzillə təmin olunmuşdu.
Xatırladaq ki, Prezidentin 25 iyun 2024-cü il tarixli 175 saylı sərəncamı ilə Natiq Səlim oğlu Qasımov ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülüb.