UEFA Millətlər Liqasının A liqasının 2-ci qrupunun ilk turunda Portuqaliya yığması səfərdə İspaniya milli komandası ilə qarşılaşıb.
Kanal.az xəbər verir ki, ispanların heyətində qolu Alvaro Morata (25-ci dəqiqə) vurub. Portuqaliyalı Rikardo Orta isə 82-ci dəqiqədə hesabı bərabləşdirib. Növbəti oyunda ispanlar Çexiya, portuqallar isə İsveçrə ilə qarşılaşacaq.