Mikrodalğalı sobada yemək isitmək xərçəngə səbəb olur?
Müasir dövrdə iş rejimi və həyat tərzi yemək bişirməyə uzun müddət sərf etməyə imkan vermir.
Ona görə də insanların bir çoxu təamları mikrodalğalı sobada qızdıraraq yeməyi üstün tuturlar.
Maraqlıdır, mikrodalğalı sobanın insan orqanizminə zərəri var?
Məsələ ilə bağlı ARB TV-nin efirində yayımlanan verilişlərin birində qida eksperti Məhsəti Hüseynova bildirib ki, hazır təamların mikrodalğalı sobaya plastik qabda qoyulması zərərlidir.
Onun sözlərinə görə, sobada qidaları isidərkən daha çox bəzəksiz, hər hansı boyalardan istifadə olunmayan şüşə qablara üstünlük verilməlidir.
Qastroenteroloq Anar Əliyev isə mikrodalğalı sobada hazır təamların yüksək temperaturda isidilməsinin mədə-bağırsaq sisteminin pozulmasına və xərçəng xəstəliyinin yaranmasına gətirib çıxartdığını vurğulayıb.
- Sağlamlıq
- 25 May 2024