638bab67e107d202212220247

Messi tarix yazdı

Argentina millisinin futbolçusu Lionel Messi peşəkar karyerasında 1000-ci oyununa çıxıb.

Kanal.az-ın məlumatına görə, 35 yaşlı hücumçunun yubileyi Qətərdə keçirilən dünya çempionatında Avstraliya ilə 1/8 final mərhələsinin matçına təsadüf edib.

Təcrübəli forvard İspaniya "Barselona"sında 778, hazırkı klubu Fransa PSJ-sində 53, yığmada isə 169 dəfə meydanda olub.

Qeyd edək ki, Argentina - Avstraliya qarşılaşmasında hələlik hesab açılmayıb.