Messi dinə münasibətindən danışdı
"Mən söz verənlərdən deyiləm və indiyə kimi heç kimə vəd verməmişəm. Sadəcə, düşünürəm ki, hər şeyə Allah qərar verir. O bilir ki, hansı an nə vaxt gələcək və nə baş verəcək".
Bunu PSJ-nin argentinalı hücumçusu Lionel Messi dinə münasibətindən danışarkən bildirib.
O, həm futbolda, həm də həyatında başına gələn hər şeyə görə həmişə minnətdar olduğunu vurğulayıb.
"Nə baş verməlidirsə, o da olacaq. Məncə, buna Allah qərar verir", - deyə Messi əlavə edib.
- İdman
- 25 May 2024