
Məşhur türkiyəli aparıcı 39 yaşında vəfat etdi
Türkiyəni NTV kanalının məşhur xəbər aparıcısı Özləm Sarıqaya Yurd 39 yaşında xərçəng xəstəliyi səbəbindən vəfat edib.
Kanal.az xəbər verir ki, bu barədə NTV-nin məlumatında deyilir.
Bildirilib ki, xanım aparıcı 2009-cu ildə Avropa Jurnalistlər Birliyi tərəfindən "Ən yaxşı səhər aparıcısı" mükafatına layiq görülmüşdü.
2010-cu ildən isə NTV-də çalışmağa başlamışdı.
- Dünya
- 17 May 2022