Məşhur iş adamı oğlunun toyu üçün BAKINI SEÇDİ - Mərasimə ulduzlar dəvət edildi - VİDEO
Türkiyənin pop ulduzu Mustafa Sandal Bakıya gəlib. Türkiyəli ulduz Bakıda keçirilən toylardan birinə müğənni kimi çağırılıb.
Dəbdəbəli restoranlardan birində keçirilən məclisdə Sandal hit və sevilən mahnılarını səsləndirərək ailə quran cütlüyü və qonaqları əyləndirib.
Titul.az Milli.Az-a istinadən xəbər verir ki, Bakıda keçirilən sözügedən dəbdəəbəli toy məclisi Azərbaycanlı iş adamı, "Sönmezler Metal" şirkətinin rəhbəri Loğman Zülfüqarlının oğlu Raminin toyu olub.
Loğman Zülfüqarlı və qardaşı Nurəddin Zülfüqarlı həm Türkiyədə, həm də Azərbaycanda metal sənayesin sahəsində tanınan iş adamlarıdır. Hətta onların bir zamanlar Azərbaycanda "Baku Steel Company" şirkətinin keçmiş rəhbəri, hazırda həbsdə olan Rasim Məmmədovla problemlər yaşadıqları və bu səbəbdən Türkiyəyə köçdükləri də iddia olunurdu.
Qeyd edək ki, Zülfüqarlı qardaşların sahib olduğu "Sönməzlər Metal" şirkəti 2008-ci ildə qurulub.
- Şou biznes
- 05 Oktyabr 2024