Mənzurə Musayevanın vəziyyəti pisləşdi - Sirkə içib

  • Gündəm
  • 01 Noyabr 2025
6905acc0de99a202511254624
Mənzurə Musayeva arıqlamaq üçün kivi sirkəsi içdikdən sonra vəziyyəti pisləşib.
Kanal.az pravda.az-a istinadla xəbər verir ki, müğənni bu barədə “Rəngarəng” verilişində danışıb:
“Bir gün gördüm ki, başım fırlanır, bədənimdə gizilti var.
Həkimlər yığıldılar. Başımı MRT-yə salmışam, bütün analizlərdən keçmişəm ki, birdən nəsə problem olar. Qanın ümumi analizini verəndən sonra məlum oldu ki, 5 vitaminin hamısı yuyulub gedib. Demə, yemək yeməmişəm, sadəcə, kivi sirkəsini bir litr suya töküb içirmişəm, ona görədir... Kivi sirkəsi adamı çox arıqladır”.

Oxşar xəbərlər