"Məni öldürüb səhraya atacaqdılar, adını da avtoqəza qoyacaqdılar" - Samirə - VİDEO

  • Gündəm
  • 28 Noyabr 2025
692949f5c7de1202511250629

Xəbər verdiyimiz kimi, müğənni Samirə Əfəndinin Astanada keçirilən beynəlxalq musiqi müsabiqəsinin finalında Ermənistan nümayəndəsinə 12 bal verməsi, daha sonra onunla qucaqlaşması ilə bağlı açıqlaması birmənalı qarşılanmayıb.

Prodüser Tarix Əliyevin (Tolik) “Tarixin bir günü” verilişində qonaq olan Samirə Əməkdar artist Aqşin Abdullayevin "Samirə üzr istəməlidir" sözlərinə gözlənilməz cavab verib.

“Mən orada gedib düşmənçilik apara bilməzdim. Hələ özünüz də deyirsiniz ki, mən orada təkəm. Bəs mənim tək başıma orada oyun açsaydılar?! Qazaxıstan səhralıqdır. Öldürüb atacaqdılar, adını da qoyacaqdılar ki, avtoqəza olub. Kimin xəbəri olacaqdı? Kim mənə yiyəlik edəcəkdi?!”, – deyə o qeyd edib.

Samirə daha sonra erməni iştirakçıya 12 xalı qorxduğuna görə vermədiyini deyib. (Bakivaxti.az)

Oxşar xəbərlər