Ölkə
01.09.2021 23:20
908

"Mənə dedi ki, uşağı əmizdir sonra..." - Bakı poliklinikasında BİABIRÇILIQ

Məlum olduğu kimi, süd verən analara koronavirus əleyhinə peyvəndin vurulması tövsiyə edilmir. Bu səbəbdən də həmin şəxslərə əks göstəriş sertifikatı verilməlidir.

Əks göstəriş sertifikatı almaq üçün Bakıdakı 4 saylı şəhər poliklinikasına müraciət edən İradə M. (ad şərtidir - red.) Lent.az-a şikayət ünvanlayıb. Şikayətçi iddia edib ki, poliklinikanın baş həkimi Zəminə Qaraxanova ondan sertifikat barədə arayış verməsi üçün 70 manat pul istəyib:

"Onunla mübahisə etməyə başladım. Mənə dedi ki, övladın 2 yaşı keçib və onu süddən kəsməlisən. Çaş-baş qaldım. Çünki 2 yaşında uşağı süddən kəsməklə bağlı qərar və qayda yoxdur. Belə şey ola da bilməz. Düşüncələrimi ona dedikdə qayıtdı ki, bura gələn və 2 yaşı keçən uşaqların analarına əks göstəriş sertifikatı almaq üçün arayış vermir.

Daha sonra mənə qayıtdı ki, uşağı gətizdir və ona süd ver. Əmizdir inanım və görüm ki, doğrudan da süd verirsən".

Şikayətçi əlavə edib ki, şikayət edəcəyini bildirdikdən sonra həkim arayış verməyə razılaşıb:

"Z.Qaraxanova əks göstəriş sertifikatı almaq üçün arayış verəcəyini bildirsə də, Xüsusi Komissiyadan rədd cavabının gələcəyini bildirdi.

Baş verənlərlə bağlı təəccüb içindəyəm. İndi isə Xüsusi Komissiyanın verəcəyi qərarı gözləyirəm".

Səhiyyə Nazirliyindən mövzu ilə bağlı sorğumuza cavab olaraq bildirilib ki, əks göstəriş sertifikatı almaq üçün uşaq həkimi (pediatr) ananın həqiqətən də körpəsini ana südü ilə qidalandırdığına dair arayışı təqdim etdikdən sonra vətəndaş o arayışı sahə həkiminə verməlidir:

"Daha sonra arayışı sahə həkimi Səhiyyə Nazirliyində yaradılmış Xüsusi Komissiyaya təqdim edir.

Bundan başqa, vətəndaş əgər həkimin rüşvət istəməsini iddia edirsə, bu barədə Baş Prokurorluq yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin 161 qaynar xəttinə məlumat verə bilər".


Paylaş:
Loading...
Loading...