641764b55cb47202303233829

Mələkxanım çıxardıb 10 min dollar verdi, mənə tez-tez belə jestlər edir

Aparıcı-aktyor Sərxan Kərəmoğlu Xalq artisti Mələkxanım Eyubova ilə bağlı etiraf edib.

Kanal.az xəbər verir ki, sənətçi bu haqda "Zaurla Günaydın" verilişində danışıb. O bildirib ki, xanəndə dəfələrlə ona külli miqdarda pul verib:

"Dedim ki, bir iş görmək lazımdır, çıxartdı 10 min dollar verdi. Mənə tez-tez belə jestlər edib. Bir dəfə Türkiyədə çəkilişdə idik. Uzun libas geyinmişdi, yeriyə bilmirdi, kömək etdim. Dedim ki, görün da, gəlib Mələkxanımın paltarını qaldırıram. Qayıtdı ki, heç dədən Kərəm sənə 10 min dollar verməyib. Hələ bir dəfə də 20 min vermişdi. Oğlu Cəfər əsgərliyə gedəndə, mənə dedi ki, onun avtomobilini götür sür. Cəfər gələndə ona yenisin alacağam".