1Xbet
1Xbet
Məhkəmə reket fəaliyyəti ilə məşğul olan Ata Abdullayevlə bağlı qərar verdi
Cəmiyyət, Ölkə
14.03.2021 16:14
179

Məhkəmə reket fəaliyyəti ilə məşğul olan Ata Abdullayevlə bağlı qərar verdi

Loading...

Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən saxlanılan Ata Abdullayev barəsində həbs qərarı verilib. 

“Qafqazinfo”nun verdiyi xəbərə görə, dünən axşam saatlarında DTX-nin İstintaq orqanının vəsatəti əsasında prokuror məhkəməyə təqdimat verərək A.Abdullayevin 4 ay müddətinə həbs edilməsini istəyib. 

Səbail rayon məhkəməsinin hakimi Mədinə Bağırova istintaqın təqdimatını təmin edərək Ata Abdullayev barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçib. 

Məhkəmə prosesində çıxış üçün söz verilərkən Ata Abdullayev zalda diz çöküb yalvararaq hakimdən onu bağışlamasını xahiş edib. 

Ata Abdullayev Cinayət Məcəlləsinin 182.2.2-ci (hədə-qorxu ilə tələb etmə; təkrar törədildikdə) maddələri ilə ittiham edilir. 

İlkin məlumata görə, A.Abdullayev 6 vətəndaşı şantaj edərək onlardan pul alıb. İstintaq gedişində zərərçəkmişlərin sayının artması istisna edilmir. 

ata abdullayev
rüşvət alan
Loading...
close
close