Maşın sürən 12 yaşlı şagird onu saxlayan yol polisinə hədə-qorxu gəldi - VİDEO

  • Dünya
  • 07 Oktyabr 2025
68e511b79c8a4202510251223

Sürücülük hüququ olmayan məktəbli onu saxlayan yol polisi əməkdaşına hədə-qorxu gəlib. Avtosfer.az xəbər verir ki, Özbəkistanda baş verən hadisənin videosu sosial şəbəkələrdə yayımlanıb.

Belə ki, Qaraqalpaqıstanın Turtkul rayonunda yol polisi əməkdaşı “Chevrolet Lacetti” markalı avtomobili idarə edən 12 yaşlı uşağı saxlayıb. Avtomobildən düşürülən uşaq polis əməkdaşı ilə ilk öncə kobud danışıb və daha sonra ona hədə-qorxu gələrək “atam gələcək, hər şeyi başa düşəcəksən” – sözlərini deyib.

Hadisə yerinə gələn azyaşlının atası bölməyə aparılıb. Ona qarşı Cinayət Məcəlləsinin 135-ci maddəsinin 2-ci hissəsi olan “Nəqliyyat vasitəsini idarə etmək üçün sürücülük hüququ olmayan şəxsə vermə” maddəsi ilə ittiham irəli sürülüb. Avtomobil isə cərimə meydançasına yerləşdirilib. (avtosfer.az)

Sözügedən hadisənin görüntülərini təqdim edirik:

Oxşar xəbərlər