Marşalın sarayında taliblər TƏƏCCÜBLƏNDİLƏR :  Həyatımda ilk dəfədir...VİDEO
Dünya
11.09.2021 12:59
0

Marşalın sarayında taliblər TƏƏCCÜBLƏNDİLƏR : Həyatımda ilk dəfədir...VİDEO

"Taliban", keçmiş vitse-prezident Əbdül Rəşid Dostumun malikanəsindən görüntülər paylaşıb.

Kanal.az "New York Times"-a istinadən xəbər verir ki, "Youtube" kanalında yayımlanan videoda sarayda olan şəraitin görüntüləri əks olunub. Hamam və saunanı müxbirlərə izah edən videoda çəkilən silahlılardan biri Kabildə uzun illər yaşadığını, lakin bunu ilk dəfə gördüyünü etiraf edib. Hərəkatın başqa bir nümayəndəsi qeyd edib ki, düşmən hücumu zamanı həmişə yanında tüstü qumbarası gəzdirir. Onun sözlərinə görə, əfqanlar dağlarda və çöllərdə sağ qalırlar, bir çoxlarının yeməyə heç bir şeyləri yoxdur, bəziləri isə həmişə silahda olur. "Siyasətçilərimiz, zəngin və güclü insanlar, insanların qanını axıdaraq özləri üçün belə evlər tikdilər" deyib. Qeyd olunur ki, təqribən 160 "Taliban" silahlısı hazırda o sarayda yaşayır.

Qeyd edək ki, Taliban 15 avqustda Əfqanıstanda hakimiyyəti ələ keçirdi. ABŞ 31 Avqust gecəsi, Əfqanıstanda 20 ilə yaxın davam edən hərbi mövcudluğuna son qoyaraq, ölkədən qoşunların çıxarılmasını tamamladı. Sonra Taliban öz hökumətini qurdu. // metbuat.az

Loading...
Loading...