"Mançester Yunayted" hazırkı vəziyyəti dəyişməlidir" - Ronaldo

  • İdman
  • 13 Yanvar 2022 13:57
ronaldo
  • Oxunub: 87

"Mançester Yunayted"in hücumçusu Kriştiano Ronaldo "qırmızı şeytanlar"ın ambisiyaları və mentaliteti haqda danışıb. 

Kanal.az "Sky Sports"a istinadən xəbər verir ki, o, komandanın Premyer Liqada ilk 3-lükdən aşağı olmasını qəbul etmədiyini deyib: "Düşünürəm ki, yaxşı bir şey yaratmaq üçün bəzən köhnə bir şeyi məhv etmək lazımdır. Bəs niyə olmasın, yeni il, yeni həyat və ümid edirəm ki, “Mançester Yunayted” azarkeşlərin istədiyi səviyyəyə çata bilər. Azarkeşlər buna layiqdirlər. İndi biz nəyisə dəyişə bilərik. Mən bir şeyi dəyişdirməyə necə başlayacağımı bilirəm, amma bunu deməyəcəyəm, çünki bunun mənim üçün etik olacağını düşünmürəm. Deyə bilərəm ki, biz daha yaxşı oynaya bilərik. "Mançester Yunayted" hazırkı vəziyyəti dəyişməlidir. Mən burada altıncı, yeddinci və ya beşinci yerləri tutmaq istəmirəm. Qalib gəlmək və rəqabət aparmaq üçün buradayam. Düşünürəm ki, biz artıq rəqabət yaradırıq, lakin hələ də ən yaxşı səviyyəmizə çatmamışıq. “Mançester Yunayted”in daha yaxşılaşmaq üçün getməli olduğu uzun yol var".

Qeyd edək ki, "Mançester Yunayted" hazırda Prmeyer Liqanın turnir cədvəlində 31 xalla 7-cidir. 

Loading...
Loading...
Oxşar xəbərlər
x
Loading...