“Mançester Siti”nin futbolçusu gizli evləndi

  • İdman
  • 07 Yanvar 2022 14:17
61d81b1cda9b5_158046_9cq112wnbs
  • Oxunub: 89

“Mançester Siti”nin futbolçusu Riyad Mahrez evlənib. 

Kanal.az xəbər verir ki, 30 yaşlı hücumçu model Teylor Uordla nikah masasına əyləşib. Cütlüyün toyu gizli şəkildə keçirilib. “The Sun”un xəbərinə görə, əslən əlcəzairli olan Riyadın toy mərasimi İslam qaydalarına uyğun olub. Lakin onların evliliyinin qanuni sayılması üçün İngiltərədə rəsmi toy edəcəyi bildirilib.

Qeyd edək ki, sözügedən cütlük ötən ilin iyun ayında nişanlandıqlarını elan etmişdilər. Mahrez həmin vaxt Teylora 480 min avro dəyərində üzük almışdı.

Loading...
Loading...
Oxşar xəbərlər
x
Loading...