Mahir "Legiya"da ilin ən yaxşı legioneri seçildi

  • İdman
  • 05 Yanvar 2022 13:45
mahir emreli
  • Oxunub: 72

Millimizin hücumçusu Mahir Emreli Polşa "Legiya"sında ilin ən yaxşı legioneri seçilib.

Kanal.az xəbər verir ki, bu barədə Varşava təmsilçisinin rəsmi saytı məlumat yayıb. 25 yaşlı hücumçu azarkeşlər arasında keçirilən sorğuda 42 faiz səslə komanda yoldaşlarını qabaqlayıb. Serbiyalı müdafiəçi Filip Mladenoviç 39 faizlə ikinci, çexiyalı forvard Tomaş Pexart 19 faizlə üçüncü olub.

Qeyd edək ki, Mahir Emreli bu mövsüm 11 qolla "Legiya"nın ən yaxşı boçbardiridir. Onun Polşa klubundan ayrılacağı ehtimal olunur.

Loading...
Loading...
Oxşar xəbərlər
x
Loading...