"Mahir formada deyil" - "Dinamo"nun baş məşqçisi

  • İdman
  • 23 Fevral 2022
6216758752b1d_160138_7u3987qizq

Azərbaycan millisinin üzvü Mahir Emrelinin də çıxış etdiyi "Dinamo"nun (Zaqreb, Xorvatiya) baş məşqçisi Jelko Kopiç futbolçumuz haqqında danışıb. 

Kanal.az xəbər verir ki, 45 yaşlı mütəxəssis evdə "Sevilya"ya qarşı keçirəcəkləri Avropa Liqasının pley-off mərhələsinin cavab oyunundan əvvəl mətbuat konfransında azərbaycanlı hücumçunun uzun müddət məşq etmədiyini və komandaya gec qoşulduğunu xatırladıb:

"Sevilya" ilə oyunda Mahir Emrelinin mübariz formada olmadığı göründü. Onun gəlişi də gecikdi. Hücumçunu yavaş-yavaş mümkün olan ən yaxşı vəziyyətə gətirəcəyik. İnanırıq ki, tezliklə bizə meydanda nə isə qazandırmağı bacaracaq".

Qeyd edək ki, fevralın 24-də keçiriləcək "Dinamo" - "Sevilya" matçı Bakı vaxtı ilə saat 21:45-də başlayacaq. Komandalar arasındakı ilk görüşdə Zaqreb təmsilçisi 1:3 hesabı ilə uduzub.

Oxşar xəbərlər