637f2ed9552e2202211224409

Lukaşenkodan ŞOK AÇIQLAMA: Allah eləməsin, Rusiya məğlub olsa...

​"Rusiya Ukraynada qalib gəlsə, KTMT yaşayacaq. Allah eləməsin, qalib gəlməsə, KTMT dağılacaq”.

Kanal.az xəbər verir ki, Belarus Prezidenti Aleksandr Lukaşenko İrəvanda keçirilən Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının sammitində belə deyib. O bildirib ki, KTMT-nin mövcud olub-olmayacağı Rusiyanın Ukraynada keçirdiyi “xüsusi əməliyyat”ın nəticəsindən asılıdır. 

Lukaşenko qeyd edib ki, KTMT ölkələri bu məsələdə həmfikirdir.