63809c19839e5202211224233

Lukaşenko Paşinyana niyə qəzəblənmişdi? – KTMT toplantısında ŞOK

Ötən gün sosial şəbəkələrdə KTMT Şurasının qapalı iclasından yayımlanan qısa video geniş müzakirələrə səbəb olub.

Kanal.az erməni mediasına istinadən xəbər verir ki, videoda Ermənistanın baş naziri Nikol Paşinyanın ona təklif olunan hansısa sənədi imzalamaqdan imtina etdiyini görmək olur. Görüntülərdə Belarus Prezidenti Aleksandr Lukaşenko buna əsəbiləşib və onu imzalamağa inandırmağa çalışır, lakin Paşinyan laqeyd bir tonda təkrar edir: "Çox təşəkkür edirəm".

Dünən erməni hökumətinin iclasının sonunda Nikol Paşinyan yalnız KTMT-nin iclasına və masa üzərində olan sənədlərə istinad edib. Belə çıxır ki, erməni tərəfi sənədi imzalamayıb, onu yenidən baxılmaq üçün geri göndərib.

Paşinyanın sözlərinə görə, sessiyada iki “çox mühüm” sənədlə bağlı ümumi razılığa gəlinməyib.

“Amma çox açıq, dürüst və müsbət müzakirə aparıldı və həmin iki sənəd yenidən baxılmaq üçün göndərildi və ümid edirəm ki, biz yenidən baxıb ortaq məxrəcə gələ biləcəyik. Amma ümumilikdə, KTMT Şurasının bəyannaməsini imzalamamışıq və KTMT-nin 13 sentyabr eskalasiyasına reaksiyası ilə bağlı qərar bizim qeyri-müəyyənliyimizə görə qəbul edilməyib. Yenə də demək istəyirəm ki, ümumilikdə müzakirəni müsbət hesab edirəm və Rusiya Federasiyası ilə ikitərəfli formatda danışıqları da müsbət dəyərləndirirəm”, - deyə Paşinyan faktiki olaraq KTMT-yə qarşı demarş etdiyini etiraf edib. (sfera.az)