Leyla Əliyevanın qızı dünya çempionatında finala çıxdı - FOTO

  • Gündəm
  • 17 May 2025
682ebe4598802202505250349
İtaliyanın Peruca şəhərində keçirilən Kunq Fu üzrə Dünya Çempionatında Azərbaycan idmançısı Əminə Əliyeva finala vəsiqə qazanıb.

Kanal.az xəbər verir ki, bu barədə Azərbaycan Kunq Fu Fererasiyasından məlumat verilib.

11 yaşlı Ə.Əliyeva Azərbaycan Prezidenti İlham Əliyevin nəvəsidir. O, Leyla Əliyeva və Emin Ağalarovun övladıdır.

Yarışa yollanan Azərbaycan nümayəndə heyətinin tərkibində ölkə başçının qızı Arzu Əliyeva da olub.

Qeyd olunub ki, İtaliyanın Peruca şəhərində keçirilən Kunq Fu üzrə Dünya Çempionatında Azərbaycan idmançısı Əminə Əliyeva parlaq çıxışı ilə “light sanda” döyüşü üzrə finala vəsiqə qazanıb.

Oxşar xəbərlər